Mühtəviyyata keç

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

43366Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ”ın da növbəti mərhələdəki potensial rəqibi bəlli olub.

Ağdam klubu ikinci təsnifat mərhələsində “Rudar”ı (Monteneqro) keçə bilsə,  “Seltik” (Şotlandiya) / “Styarnan” (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyun “Seltik”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası

III təsnifat mərhələsi

“Seltik” (Şotlandiya) – “Styarnan” (İslandiya) cütünün qalibi – “Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro) cütünün qalibi

Şərhiniz...