Mühtəviyyata keç

İmarət Avropadan rəsmi bəyanat

10628629_814703981902649_5098776428861419387_nİmarət Avropadan rəsmi bəyanat

Bu gün bəzi mətbuat və onların Facebook səhifələrində Qarabağın Montenegroda dəstəksiz qalacağını və guya ki, İsveçdən ora yol uzun olduğundan bizim bu oyuna getməyi düşünmədiyimiz kimi yazılar paylaşıldı.
Düzdür azarkeş qrupumuz təəssüflər olsun ki, bu oyunu buraxmalı olacaq ancaq səbəb yolun uzunluğu deyil bəylər !
Səbəb gediş gəliş və otel xərcləri və s hamısı bir yerdə ortalama adam başına 700-800 Azn-ə başa gəlməsidir.
Bizi tanıyan və bilənlərdə bilir ki, biz oyun Afrika qitəsində olsa belə imkan olandan sonra orada gedib çıxarıq.
İndiyə kimi Sundsvallda , Frankfurtda , Valletta da , Salzburgda , Enschede de, Milanda , Kiev də , Sent ettiyen də bir təhər öz hesabımıza gedib dəstək olmuşuq . Çox xahiş edirik ki, qələm əhli bunları da yazsın və yol uzaqdı deyə getməyi düşünmürlər kimi ifadəni bizə aid etməsinlər.
Görəsən bu günə kimi niyə həmin qələm əhli (Futbol+  dan başqa) bir dəfə olsun ki bizimlə əlaqə yaradıb bir hal-əhval tutmayıb ? Biz nə populyarlıq üçün, nə də “kolbasa çörək” azarkeşlər kimi maddi qazanc ümidində deyilik , amma heç olmasa bizi də onlara tay etməyin. Qoy bu dəfə də oyunlara 50-60 azarkeş gətirib klubdan pul qazanan kolbasa çörəklər də komandanı yalnız buraxmasınlar. Montenegroya viza tələb olunmur Azərbaycandan . Meydan sizindir bəylər.

Şərhiniz...