Mühtəviyyata keç

Əfran İsmayılov `Qarabağ`da!

6542Əfran İsmayılov `Qarabağ`da!

Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksələn `Qarabağ`ımız transfer çalışmalarını da davam etdirməkdədir. Bugün `Qarabağ`ımız daha bir transferini reallaşdırıb. Komandamız millimizin üzvü Əfran İsmayılovla müqavilə imzalayıb. `Qarabağ`ımızın yetirməsi olan 27 yaşlı yarımmüfadiəçiylə 1 illik saziş imzalanıb. Əfran bugündən etibarən komandayla məşqlərə qoşulub. Sağ cinah yarımmüdafiəçisi saytımıza verdiyi açıqlamada keçidini dəyərləndirib:`Yenidən `Qarabağ`da çıxış etmək xoş hissdi. `Qarabağ`ın yetirməsiyəm, mənə doğma olan komandaya qayıtmışam.  `Qarabağ` iddialı, hədəfləri olan komandadı. Təbii ki, ciddi rəqabətin olduğunun fərqindəyəm. Amma əsas heyət uğrunda mübarizədən çəkinmirəm.  Əsas məqsədim komandaya faydalı olmaqdı. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.  İnşallah, keçidim hər 2 tərəf üçün faydalı olar.`  

Xatırladaq ki, Əfran İsmayılov yay transfer dönəmində komandamızın sıralarına qatdığı 10-cu transferdi. Daha öncə komandamız Dani Kintana, Elharbi El Jadoui, Azər Salahlı, Vüqar Mustafayev, Coşqun Diniyev, Elvin Məmmədov, Elvin Yunuszadə,  Rydell Poepon, Mahir Mədətovu sıralarına qatmışdı.

Şərhiniz...