Mühtəviyyata keç

Rəqibi tanıyaq-Celtic FC

Celtic_FC.svgCeltic Football Club, Şotlandiya’nın öndə gələn iki futbol klubundan biridir.

Celtic 6.11.1887-ci ildə yaranıb. Ləqəbləri The Bhoys, The Hoops vəThe Celts-dir. Komandanın prezidenti Yan Bankier, baş məşqçisi Ronni Deyla-dır. 46 qat Şotlandiya çempionu, 36 qat Şotlandiya kubokunun sahibi və 15 qat Şotlandiya Liqa kubokunun sahibidir.

Oyunlarını 60,830 nəfərlik Celtic Park stadionunda oynayan Celtic, yaşıl-ağ rənglərə sahibdir.

900px-Celtic_park_2
Glasgow şəhərinin komandası olan Celtic ilə, şəhərin şərqindəki Rangers arasında əzəli bir rəqabət var. Celtic ilə Rangers arasındakı əzəli rəqabətin altında məzhəb və siyasi səbəblər yatmaqdadır. Celtic azarkeşləri Katolik, Rangers azarkeşləri isə Protestan məzhəblərinə mənsubdur. Ayrıca Rangers azarkeşləri, Şotlandıya’nın öz hökumət və məclisinə sahib olduğu, ancaq dövlət təşkilatı baxımından Böyük Britaniya bağlı olduğu mövcud statusunun davamından yana ikən; Celtic tərəfdarları Şotlandiyanın tamamilə müstəqil bir respublikaya çevrilməsindən yandırlar. Bu məzhəb və siyasi səbəblərdən ötəri, iki klub tərəfdarları arasındakı ayrı-seçkilik çox kəskindir və Şotlandiyada, eyni ailənin içində həm Celtic, həm də Rangers tərəfdarına rast gəlmək qeyri-mümkündür.

Celtic Park‘ın müzeyi

Celtic FC, Britanyaya Avropa Çempion Klublar Kubokunu gətirən ilk komanda olaraq da tarixə keçmişdir. Ayrıca Celtic, Britaniyada Manchester United-dan sonra ən çox tribün potensialına sahib futbol komandasıdır.

Şərhiniz...