Mühtəviyyata keç

Qarabağ 2 yeni futbolçu ilə gücləndi

vEn4MATransfer pəncərəsinin son günündə Qarabağ 2 futbolçu ilə güclənib

1441031110_vladimir-dimitrovski-21-624x373

“Qarabağ” Makedoniya yığmasının müdafiəçisi Vladmimir Dmitrovskini transfer edib. “Kerkira”dan ayrılan mərkəz oyunçusu sentyabrın 10-da Azərbaycana gələcək.

25 yaşlı legioner millinin heyətində İspaniyaya qarşı Avropa çempionatının seçmə mərhələ oyunundan sonra Bakıda olacaq. Onunla 2 illik anlaşma imzalanıb.

1441045272_samuelAvropa Liqasına vəsiqə qazanan “Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirir. Sport7.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov çətin sınaq öncəsi hücum xəttinin gücləndirilməsini vacib hesab edib.
Əldə etdiyimiz özəl məlumata görə, buna üçün uzun zamandı diqqətdə saxlanılan Samuel Armenterosla sonunda razılıq əldə olunub. İsveçli forvard qarşıdakı günlərdə Bakıya gələrək rəsmi sözləşməyə imza atacaq. Çox güman ki, onunla 2+1 illik müqavilə imzalanacaq. O, “Qarabağ”a azad agent statuslu futbolçu kimi keçəcək.
Fərdi usatalığı ilə seçilən 25 yaşlı Armenterosun sonuncu iş yeri Hollandiyanın “Villem II” klubu olub. O, bundan öncə “Feyenord”da icarə əsasında çıxış edib. Samuel qısa müddət ərzində Belçikanın “Anderlext” klubunun formasını da geyinib. İsveç U-21 millisinə qədər yüksələn hücumçu “Herenven” və “Herakles” klublarının uğurları üçün da çalışıb.

Şərhiniz...