Mühtəviyyata keç

“Qarabağ”ın menecerinin son durumu

14572903_10154603130728308_3077605054467085411_n“15-20 gün sonra işə başlayacaq”

Avqust ayında Mərdəkan-Buzovna-Bilgəh yolunun Bilgəh qəsəbəsi ərazisindən keçən hissəsində avtomobil qəzasına düşən “Qarabağ”ın baş meneceri Asif Əsgərov aldığı ciddi xəsarətlər nəticəsində özəl klinikalardan birinə yerlşdirilmişdi. Futbol11.az xəbər verir ki, Ağdam klubunun rəsmisi artıq müalicəsini ev şəraitində davam etdirəcək.
Bunu saytımıza açıqlamasında Əsgərovun 5 əməliyyatında iştirak etmiş həkim Rəşad Zeynalov deyib. Uzman doktor Əsgərovun nə zaman işə başlayacağına da aydınlıq gətirib: “Asif Əsgərovun qolunda müəyyən qrup əzələlər asfalta sürtüldüyü üçün 15-10 sm qədər bölgədə dəri və dəri altı toxuma yox olmuşdu. Körpücüyündə də sınıq var idi. İnfeksiya olunma ehtimalı yaranmışdı. Cünki açıq yarada yad cisimlər var idi. Şüşələr, qırıntılar və s. Hər gün təmizləmə işi aparıldı ki, yara düzgün hala gəlsin. Son seansda körpücük sümüyü ilə əlaqədar əməliyyat həyata keçirdik. Daha sonra isə plastik-cərrah Rauf Kərimovla birlikdə qarın bölgəsindən qolda yaranan qüsurun üstünü örtmək məqsədi ilə toxuma köçürdük. Hardasa 3 həftəyə qədər əli qarın nahiyəsinə bitişik vəziyyətdə qaldı. İndi vəziyyəti qənaətbəxşdi. Körpücük sümüyü ilə bağlı problem yoxdu. Dirsəklə əlaqədar oynaq səthində qüsur var idi. O qüsura yönəlik gələcəkdə kontakt yaranmasın deyə, ciddi şəkildə fizioterapevt nəzarətində olacaq. Qalan hər şey qaydasındadı”.

"Qarabağ"ın menecerinin son durumu: "15-20 gün sonra işə başlayacaq"

Maraqlıdı, Əsgərov xəsarət alan qolu əvvəlki kimi işlək olacaqmı? Həkim suala belə aydınlıq gətirdi: “Görüntü etibarı ilə bir az fərq olacaq. Çünki toxuma köçürülüb. 90 faiz düzələcək. Köçürülən toxuma yerini yaxşı tutmalıdı. Belə olmayacağı halda, daha bir əməliyyata ehtiyac duyula bilər. Buna 1-2 ay sonra qərar verəcəyik. Fiziki işlə məşğul olmadığı üçün 15-20 gün sonra işinə qaldığı yerdən davam edə bilər. Hələ ki, qolunu gücə salmayacaq”.

"Qarabağ"ın menecerinin son durumu: "15-20 gün sonra işə başlayacaq"

Bəs, Əsgərov hazırda özünü necə hiss edir? Onun əhvalını öyrənmək məqsədi ilə Asif bəyin özünə müraciət etdik: “Hazırda özümü yaxşı hiss edirəm. Ancaq bu məsələ ilə bağlı danışmaq istəmirəm. Sadəcə, müalicəmdə iştirak etmiş həkimlərə təşəkkür edirəm. Onlara inandıq və güvənimiz boşa çıxmadı. Bundan başqa ilk gündən iniyədək yanımda olan, mənə dəstək verən klubumuzun sıravi işçisindən tutmuş, rəhbərliyində təmsil olunan hər bir şəxsə minnətdarlığını bildirirəm”.

"Qarabağ"ın menecerinin son durumu: "15-20 gün sonra işə başlayacaq"

Futbol11.az

Şərhiniz...