Mühtəviyyata keç

“Qarabağ”ımız Emil Balayevi transfer etdi

14590428_452985314876606_4032843001180400316_n“Çalışacam, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim”

“Qarabağ”ımız bu gün növbəti transferini reallaşdırıb. Klubumuz milli komandamıza da dəvət alan , azad agent statusu daşıyan qolkiper Emil Balayevlə bir illik müqavilə imzalayıb. Son klubu Almaniyanın “Ayntraxt” olan (2014-16) Emil Balayev bu komandadan ayrıldıqdan sonra “Qarabağ”ın düşərgəsində məşq edirdi. Emil Balayev transferi barəsində bunları deyib:  “İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm, çalışacam ki, bu etimadı doğruldum. “Qarabağ”a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komandayla məşq etmək mənə çox şey öyrətdi. Çalışacam, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim”.

Şərhiniz...