Mühtəviyyata keç

“O qədər büdcəsi olan klub da uduzur, “Qarabağ” da”

mr_goozal_0“Qarabağ”ın sahibi Abdulbari Gözəl klubun son durumu ilə bağlı açıqlama verib.

Qol.az saytının xəbərinə görə, jurnalistlərə açıqlamasında A.Gözəl komandasının son turlar zəif çıxışına toxunaraq deyib ki, “Qarabağ”ın bir neçə turda xal itirməsinə normal yanaşmaq lazımdır.

“Hərdən futbolçuların əhval-ruhiyyəsi dəyişir. Ya havaya girirlər, ya özlərindən razılıq əmələ gəlir”.

O bildirib ki, klub olaraq, baş məşqçi Qurban Qurbanovun işinə qarışmırlar: “Qurbanla biz dövlət içində dövlət kimiyik. O, “Qarabağ”da muxtar respublika kimidi, nə istəyirsə, edir. Komanda hərdən geriləyə, hərdən irəliləyə bilər. Buna normal yanaşmaq lazımdır. Bu yaxınlarda “Barselona”nın oyununa baxdım, uduzdular. Ondan sonra bir az təskinlik tapdım ki, o qədər büdcəsi olan klub da uduzur, “Qarabağ” da”.

A.Gözəl “Qarabağ”ın büdcə büdcəsini azaltmadırlarını da deyib. “Qarabağ” bizim qürur mənbəyimizdir. Ən son qəpiyimizi qazanana qədər komandanı dəstəkləyəcəyik. “Qarabağ” komandası Qarabağın varlığının sübutudur. Komandaya dəstək olmaq bizim borcumuzdur”.

A.Gözəl “Qəbələ” klubunun çıxışlarına da toxunub: “Bu komandanın güclü olması həm onların özü, həm də “Qarabağ” üçün yaxşıdır. Çünki yaxşı rəqabət yaranır”.

Şərhiniz...