Mühtəviyyata keç

“Məni tez buraxsaydız, gedib oyuna baxardım”

14445985_1854162191473545_2006160734746236793_nQurban Qurbanov oyunla bağlı fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Hamını təbrik edirəm. Həqiqətən də çox vacib qələbə qazandıq. Oyundan əvvəl oyunçuların üzərində stress var idi. Buna baxmayaraq, oyunun mahiyyətini hamı başa düşürdü. Futbolçularım sona qədər mübarizə aparıb, qələbə qazandılar. Yaxşı komandaya qarşı oynayırdıq. Son neçə oyun idi ki, PAOK məğlub olmurdu. Vacib olan statistika yox, qələbə idi. Digər oyunlara hazırlaşacağıq. Cavab oyunundan çox şey asılı olacaq. Bütün azarkeşlərə “çox sağ ol” deyirəm. “Qəbələ”yə də uğurlar arzulayıram. Məni tez buraxsaydız, gedib oyuna baxardım (gülür)”
– Fasilədə komandaya hansı tapşırıqları verdiniz?
– Bunu deyə bilmərəm. Çox kiçik dəyişiklik etdik. Hər bir komanda ilk hissədə istədiyini oyuna qura bilir. İlk 45 dəqiqədə hücumda çoxalmağa çətinlik çəkirdi. Buna baxmayaraq, qol vəziyyətlərimiz oldu. Rəqib də hücumlarının sayını artırmağa çalışdı.
– Gözlədiyiniz PAOK-u meydanda görə bildiniz?
– 4 gün əvvəl rəqibin oyununu canlı izləmişdim. Bunun üçün Yunanıstana getmişdim. Tam düşündüyüm rəqib idi. Analizə uyğun olaraq, futbolçular tapşırığı düzgün yerinə yetirdi.
– Reynaldo zədəli olmasaydı, Dino Ndlovu forma şansını ehtiyat oyunçular skamyasında gözləyəcəkdi?
– Bununla bağlı dəqiq fikir bildirə bilmərəm. Kim daha hazır idi, onu da meydana buraxmalıydım. Zədəli olmasaydı, bəlkə də fikir bildirə bilərdim. Dino üzərində daha çox çalışır. Buna görə də oynamağı haqq edirdi.
– PAOK rəsmiləri Salonikiyə səfərinizdən xəbərdar idi? Bundan başqa qrupdakı vəziyyətlə bağlı nə deyə bilərsiz?
– Xal durumu göz önündədi. Hər ikimizin 4 xalı var. Qarşıdakı oyunlarda turnir cədvəlində dəyişiklik olacaq. Üstünlük PAOK-dadı. Çünki bizim iki səfər oyunumuz var. Amma çalışacağıq ki, lazım olan nəticəni qazanaq. Salonikiyə səfərimə gəlincə, bəli, klub rəhbərliyinin bundan məlumatı var idi. Məni yaxşı qarşılamışdılar.

Şərhiniz...