Mühtəviyyata keç

“Onlara oynamaq imkanı vermədik”

showpic_el100-13“Mən deməzdim ki, PAOK-la oyun həlledici idi. Bizim qarşıda üç oyunumuz var. Düzdü, PAOK-a uduzsaydıq şanslar azalırdı. Bizim üçün çox çətin oyun keçdi. Rəqib bu il keçirdiyi oyunlarda demək olar ki, məğlub olmurdu. Ona görə oyuna çox yaxşı hazırlaşmışdıq”.

– Bu qələbəni PAOK-la səfər oyunundan öncə komanda üçün əlavə stimul saymaq olar?
– Düzdü, qələbə həmişə stimul verir. Ancaq PAOK-dan öncə bizim “Neftçi” ilə oyunumuz var. İndi “Neftçi” barədə düşünürük. “Neftçi” ilə oyundan sonra Saloniki səfəri haqda danışmaq olar.
– Ot örtüyünün vəziyyəti necə idi?
– Keçən oyunlara nisbətən bu gün daha yaxşı idi.
 
– Qol epizodu zamanı zərbəni vurmağa gecikdin. Nə fikirləşirdin?
– Qapıçını keçmək istəyirdim. Sonradan gördüm ki, müəyyən boşluq var.
– Bu gün PAOK-u daha yaxşı tanıdınız. Bu komandanı səfərdə də məğlub etmək olarmı?
– Çalışacağıq ki, səfərdən də 3 xalla qayıdaq.
– Etiraf edək ki, 1:0 sürüşkən hesabdı. Hesab 2:0 olandan sonra qələbə qazandığınızı hiss edirdin?
– Düzdü, ikinci qol son dəqiqələrdə gəldi. PAOK çox təhlükəli komandadı. Bu komanda ilə sona qədər oynamaq lazımdı. Biz də dona qədər belə oynadıq. İstəmnirdik ki, qol buraxaq.
– Rəqibin “Qarabağ”dan üstün cəhətlərdi hansılardı?
– Deməzdim ki, onlar bizdən üstün oynadı.
– Ümumiyyətlə…
– PAOK komanda oyunu oynayır. Rəqibin heyətində sürətli oyunçular var. Ancaq bu gün onlara oynamaq imkanı vermədik.
futbol11.az

Şərhiniz...