Mühtəviyyata keç

Qurban Qurbanov Bakı Ali Neft Məktəbinin qonağı olub

14725719_933273810140016_5220100295970961086_nQurban Qurbanov Bakı Ali Neft Məktəbinin qonağı olub

Bakı Ali Neft Məktəbində (BANM) əfsanəvi futbolçu, şöhrət qazanmış “Qarabağ” Azərbaycan futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüş keçirilmişdir. BANM-in rektoru Elmar Qasımov qonağı ali məktəbin professor-müəllim heyəti və tələbələri adından ürəkdən salamladı və Qurban Qurbanovun idman karyerasından başçılıq etdiyi komandanın uğurlarından söhbət açdı. BANM-in rektoru qeyd etdi ki, “Xaricdə bizim idmanımızı layiqincə təmsil edən Qurban Qurbanovun və klubun futbolçuları sayəsində Avropada və bütün dünyada “Qarabağ” sözü qələbə simvoluna çevrilir”.

Vaxtilə Azərbaycan Milli komandasının ən yaxşı hücumçusu olan, məşhur futbolçu Qurban Qurbanov qeyd etdi ki, BANM-in hazırladığı mühəndis mütəxəssisləri Azərbaycanın uğurlu neft-qaz sənayesinin inkişafı üçün lazımdır və o, tələbələrə seçdikləri peşələrdə və tədrisdə müvəffəqiyyətlər arzuladı. Sonra Qurban Qurbanov çoxsaylı suallara cavab verdi və ən maraqlı sualların müəlliflərinə “Qarabağ” futbol klubunun baş məşqçisinin imzası ilə toplar hədiyyə etdi. Belə hədiyyələrin xoşbəxt sahibləri Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının üçüncü kurs tələbəsi Nərgiz Hüseynova, Kimya mühəndisliyi ixtisasının ikinci kurs tələbəsi Nazpəri İsfəndiyarzadə, həmin ixtisasın birinci kurs tələbələri Nazim Nəsirov və Qəzənfər Qəzənfərli oldular.

Görüşün sonunda BANM-in rektoru Elmar Qasımov görüşdə iştirak edənlərin adından şöhrətli qonağa təşəkkürünü bildirdi və BANM-ə gəlişi haqqında xatirə üçün ona plaket bağışladı. Qurban Qurbanov Elmar Qasımova idman suvenirləri və hədiyyələr bağışladı. Görüşün sonunda xatirə fotolar çəkildi.

Bu slaydşou üçün JavaScript lazımdır.

Şərhiniz...