Mühtəviyyata keç

“Mənim üçün fərqi yoxdur, qolu Reynaldo vurur, ya başqası…”

14980707_1586211108071453_8843353002664899310_n“Mənim üçün fərqi yoxdur, qolu Reynaldo vurur, ya başqası…”

“Qol epizodunda bilmədim ki, top qapıya gedir. Bu, heç ağlıma da gəlmirdi. Epizodun təkrarına da baxmamışam. Mənim üçün fərqi yoxdur, qolu Reynaldo və ya başqası vursun. Əsas odur ki, komandamız qalib gəlsin”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə bu gün Topaz Premyer Liqanın 11-ci turunda “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə bildirib.

“Mən qol vursam da əhəmiyyəti yoxdur. Bu mövsüm ilk qolumu vurdum, sevinirəm” – deyə o bildirib.

E.Yunuszadə deyib ki, “Zirə” yaxşı mübarizə aparıb: “Bizim üçün vacib matçlardan biriydi. Lazım olan qolları vurduq və qələbə qazandıq”.

Şərhiniz...