Mühtəviyyata keç

Rahid Əmirquliyev: “Belə getsə, çempion son turda müəyyənləşəcək”

14956459_1586210384738192_788577469811545336_n“Mən deməzdim ki, bütün gücümüzü ortaya qoymamışdıq. Sadəcə, süni ot örtüyündə oynamaq bizə çətinlik yaradırdı. AZAL-la matçda da belə olmuşdu. İkinci hissədə lazım olan qolları vurub, qələbə qazandıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri jurnalistlərə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

O. Topaz Premyer Liqanın 11-ci turunda “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistləri maraqlandıran sualları cavablandırıb.
– Çempionluq uğrunda əsas rəqibiniz “Qəbələ” bu gün qələbə qazana bilmədi və turnir cədvəlində xallarınız bərabərləşdi…

– “Qəbələ”nin xal itirməyindən xəbərim yox idi. Ancaq bu, bizim üçün yaxşı oldu.

– “Qəbələ”dən belə bir nəticə gözləyirdin?

– Xeyr, gözləmirdim. Həm “Qəbələ”, həm də bizim üçün hər oyun çətin keçir. Belə davam etsə, son turan qədər çempionun adı məlum olmayacaq, daha maraqlı olacaq.

– Çempionluq uğrunda mübarizədə digər komandalar geridə qalır…

– “İnter” çempionata yaxşı başlamışdı. Düşünürəm ki, onları bu yarışdan silmək olmaz.

– Qarşıdan milli komandanın oyunu gəlir. Matç qrafikinin sıx olması yorğunluq yaratmır?

–  Əlbəttə, yorğunluq olur. Lakin milli komandanın oyununa qədər tam hazır olacağıq.

– Son olaraq, Şimali İrlandiya ilə matçda millimizin şansını necə dəyərləndirirsən?

– Çətin oyun olacaq, lakin yaxşı nəticə qazanmaq üçün şansımız var. Ən azından bir xalla dönəcəyimizə inanırıq.

Şərhiniz...