Mühtəviyyata keç

“Mən əsas komandada yeni oynayanda Rəşad Sadıqov mənə çox kömək oldu”

qqqqqq“Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Slovan”la oyundan öncə UEFA-nın rəsmi saytına açıqlamalar verib

“İlk dəfədir ki, qrup mərhələsində yeni vəziyyətlə üzləşirik. Səviyyəyə, güclü rəqiblərə və atmosferə uyğunlaşmağa çalışırıq. Bu elə də asan olmadı. Vaxt lazım idi. İlk mövsümdə “Sent-Etyen”, “İnter”və “Denpr”ə qarşı yaxşı müqavimət göstərdik. Növbəti mövsümlərə daha yaxşı hazırlaşırdıq, qrupdan çıxmağa inanırdıq. Halbuki çox güclü rəqiblərimiz var. İndi “Qarabağ”ın böyük təcrübəsi var. Bəzən şans bizdən üz çevirir. Qrup mərhələsinin ilk oyununda 10-cu saniyədə buraxdığımız qol, “Fiorentina” ilə qarşılaşmadakı qırmızı vərəqə planlarımızı pozdu”.

“Qarabağ” 3-cü ildir ki, güclü klublarla mübarizə aparır. Düşünürəm ki, bu Azərbaycan futbolunu bir çox ölkələrdə tanıdır”.

Qarayev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında da fikirlərini bildirib: “Mənə futbolda Qurban Qurbanov çox kömək elədi. O, məni yeniyətməlik dövründə komandasına çağırdı. Məşqçi mənə əsas heyətdə şans verdi və milliyə dəvət aldım. Son oyunlar bizim komanda haqqında yaxşı təəssürat oyadır. Fikrimcə, karyeramın ən önəmli dönəmidir. Mənə vacibdir ki, çox və daha yaxşı məşqlər edim. Ölkənin ən yaxşı oyunçusu olmaq yaddaşımda həmişə qalacaq. Heç vaxt bunu unutmayacam”.

Qurban Qurbanov bizə qələbə əmri verən komandardir. O, bizim özümüzə inanmağımıza kömək edir. Futboldan kənarda o, sadə və nizam-intizamlı adamdır. Məhz onun rəhbərliyi altında mən yüksəlmişəm. Qurbanov təkcə nəticələrə yox, ümumi inkişafa xüsusi diqqət verir. Düşünürəm ki, “Qarabağ” Azərbaycandakı və Avropadakı uğurlu çıxışını Qurban Qurbanova borcludur”.

Millimizin üzvü kapitan Rəşad Sadıqovun karyerasını bitirməsini istəmədiyini deyib: “İstər soyunub-geyinmə otağında, istərsə də, meydanda o, futbolçuları ruhlandırır. Mən əsas komandada yeni oynayanda Rəşad Sadıqov mənə çox kömək oldu. Öyrətdi ki, heç kimdən və heç nədən qorxmaq lazım deyil. O, “Qarabağ” və milli komanda üçün çox vacibdir. Biz başa düşürük ki, Rəşad gənc deyil, amma istəyərdik ki, karyerasını başa vurmasın. O, Azərbaycan futboluna lazımdır”.

Futbolçu Azərbaycanın dünyada tanıdan hakimlərdən olan Tofiq Bəhramov və onun adına inşa olunan stadion haqqında düşüncələrini açıqlayıb: “Tofiq Bəhramov haqq ədalət tərəfdarı olub.Çox istərdik ki, cəmiyyətimizdə elə insanlar bol olsun. Mən futbol oynamağa yeni başlayanda onun adına olan stadionda oynamağı xəyal edirdim. Bura mənim evimdir. Ölkəmizdə nə qədər stadion tiksələr də, Tofiq Bəhramov adına Respublika stadionu bir ayrı olacaq, doğma olacaq”.

Qarayev uşaqlıqda qəssablıqla məşğul olduğunu bildirib: “Futbola başlayanda əmimlə birlikdə qəssablıq edirdim. Peşəkar karyerama görə o işi buraxdım. Qəssablıqla məşğul olmaq mənə maraqlı idi”.

O, gələcək karyerasında güclü çempionatların birində oynamaq istədiyini deyib: “Ölkədən kənarda futbol oynamaq istəyərdim. Karyeramın ən pik həddində hər hansı güclü çempionatda və güclü komandanın tərkibində çıxış etməyi düşünürəm. Hələ ki, vəziyyət fərqlidir. Futboldan kənarda sadəcə xoşbəxt olmaq istəyərəm”.

Şərhiniz...