Mühtəviyyata keç

“Onun “Fiorentina”ya qarşı oynama ehtimalı var”

15135737_1604291356263428_5699985211289816729_nTopaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı. Futbol11.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib. 

“Çemionatın ən maraqlı oyunu oldu. Bizim üçün çox vacib oyun idi. Hesabda gerdə olsaq da, əzmkar oyun nümayiş etdirdik. Daha çox rəqibi topsuz qoymağa çalışdıq. Bu, bizdə alındı. Ümumi 90 dəqiqə ərzində futbolçularımdan razı qaldım. “Qəbələ”yə uğurlar arzulayıram. Azarkeşlərə isə təşəkkürümü bildirirəm”.
– Qoldan sonra Şahrudin Məhəmmədəliyev rəqib futbolçulara qeyri-etik jest göstərdi…
– Həmin epizodu görmədim. Hər halda videoyazı olacaq. Əgər belədisə, o mütləq cəzalanacaq. Bu, qeyri-etikdi. Mütləq videoyazıya baxacam.
– Qurban Qurbanov hakimlikdən razı qaldı? 
– Hakimlik haqda danışmıram. Belə oyunları idar etmək çətindi. Ümumi narazılıq ola bilər.
– Riçard Almeydanın qırmızı vərəqə aldığı epizodun ardınca təyin edilən cərimə zərbəsindən sonra hakimin final fitini səsləndirəcəyini gözləyirdiz? 
– Top oyunda oldu. İstəyərdim ki, bitsin. Çünki azlıqda qalmışdım. O anda bəzən fikirlər fərqli olur.
– Qoldan sonra meydandan qovulan ALmeyda ilə qucaqlaşdız. Halbuki o, soyunub-geyinmə otağında olmalı idi. Onu görəndə təəccüblənmədiz?
– Mənim fikrim o qədər qarışıq idi ki.. Təkcə Riçard yox, hamı orda idi.
– Buraxılan qolda kimisə günahlandırmaq olarmı?
– Belə epizodlar olur.ı Daha diqqətli olmaq lazımdı. Ümumi baxsaq, ikisində də səhv tapmaq olar.
 – Penaltinin doğru olmadığına əmin olsaydız, futbolçularınza topu kənara vurmağı tapşırardız? Nəzərə alaq ki, bir dəfə belə addım atmısız…
– Hamı epizodan şərh verməkdə çətinlik çəkirsə… Əmin olsaydım, futbolçular bunu başa düşəcəkdi.
– Bilirik ki, müdafiənin mərkəzində ciddi problemlər var. Qarşıda isə sizi “Fiorentina” ilə çətin oyun gözləyir. Elvin Yunuszadə bu gün özünü doğrulda bildi?
– Fiorentina ilə oyuna çox var. Rəşad fərdi məşqlərə başlayıb. Müalicə öz effektini verir. Onun “Fiorentina”ya qarşı oynama ehtimalı var.

Şərhiniz...