Mühtəviyyata keç

Qalibiyyətin hesabı bəlli oldu

15242028_1618041044888459_6235755636477348893_nQarabağ ümumilikdə 6400 AZN cərimə ödəyəcək

“Qarabağ” – “Qəbələ” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

“Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 39-cu dəqiqəsində “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq,  meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Matçın video yazısını izlədikdən sonra müəyyən olunub ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. “Qarabağ”ın 2-ci qolundan sonra klubun futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub. Növbəti ev oyunlarında “Qarabağ” klubu təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub. Hər iki klubun nizam-intizam qaydalarına ciddi şəkildə riayət etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunub.

Şərhiniz...